Modern.az

Roberto Karlos: “Ölməkdən qorxuram...”

Roberto Karlos: “Ölməkdən qorxuram...”

6 Fevral 2012, 18:47

Dünya şöhrətli futbolçu, Mahaç-Qalanın “Anji” klubunun 38 yaşlı müdafiəçisi Roberto Karlos “Life Sports” jurnalına müsahibəsində maraqlı məqamlara toxunub. R.Karlos bildirib ki, onun övladlarından heç biri futbolçu olmayacaq.
“Övladlarımı vəkil yaxud professor görmək istərdim”.

Ən çox sevdiyi filmə gəlincə R.Karlos “Ruh” filminin adını çəkib. “Ən çox nədən qorxursunuz?” sulana R.Karlos “ölməkdən” cavabını verib. O bildirib ki, əgər futbolçu olmasaydı, yəqin vəkilliyi seçərdi.

Özündə nəyi isə dəyişmək qüdrəti olacağı təqdirdə keçəlliyinə əlac edəcəyini deyib: “İstərdim ki, başımda tük olsun”-deyə R. Karlos deyib.
“Mənim ən böyük çatışmazlığım həddən artıq xeyrixah və sadə olmağımdır. Hərdən insanlar mənim bu xarakterimdən istifadə edib hansısa məsələləri həl edirlər”-deyən futbolçu vurğulayıb.


Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi