Modern.az

Azərbaycanın qadın deputatları Gürcüstana gediblər

Azərbaycanın qadın deputatları Gürcüstana gediblər

Təhsil

7 Fevral 2012, 11:47

Milli Məclisin deputatları Qənirə Paşayeva və Sahibə Qafarova Şərq Tərəfdaşlığına Dəstək Proqramı çərçivəsində Avropa Şurası ilə Avropa İttifaqının birgə həyata keçirdikləri tədbirdə iştirak etmək üçün Gürcüstanın paytaxtı Tiflisə səfərə yola düşüblər.

Tədbirdə müzakirə olunacaq mövzuları Gürcüstan parlamenti ilə Mərkəzi Seçki Komissiyası rəhbərliyinin, eləcə də Avropa Şurası ilə Avropa İttifaqının bu ölkədəki nümayəndəliklərinin təmsilçiləri təqdim edəcəklər. Sonra “Seçkilərdə və siyasi partiyalarda qadınların iştirakı”, “İş və ailə həyatının uzlaşdırılması”, “Media sahəsində gender balansı” mövzuları ətrafında müzakirələr aparılacaq.

İctimai həyatda qadınların iştirakına şərait yaratmaq üçün konkret tədbirlərin görülməsi məqsədilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan ölkələrin qadın parlamentarilərinin təcrübələri və təklifləri öyrəniləcək. Fikir mübadiləsinin yekununda hər üç mövzu istiqamətində fəaliyyət proqramları hazırlanacaq. Deputatlarımız müzakirələrdə yaxından iştirak edəcək, Azərbaycanın müvafiq təcrübəsini bölüşəcəklər.

Səfər fevralın 9-da başa çatacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır