Modern.az

Azərbaycan vətəndaşları Ermənistan pasportu gəzdirirlər

Azərbaycan vətəndaşları Ermənistan pasportu gəzdirirlər

7 Fevral 2012, 12:05

İyirimi ildən artıqdır ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu müddət ərzində Azərbaycan vətəndaşları olan və işğal ərazisində yaşayan ermənilər xaricə gedərkən hansı sənəddən istifadə etmələri maraq doğurur. Ermənistan da daxil olmaqla dünyanın heç bir dövləti işğalçı rejimi tanımırsa, demək ki, qondarma “Dağlıq Qarabağ”ın verdiyi sənədlər də tanınmır.

O zaman Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan ermənilər dünyanın ayrı-ayrı yerlərinə hansı sənədlə gedirlər?

Məsələylə bağlı əslən Xocalıdan olan deputat Elman Məmmədov bildirib ki, Qarabağda yaşayan ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın vətəndaşı pasportu var:
“Ancaq onlar xaricə gedəndə Ermənistan vətəndaşı kimi sənədlər təqdim edirlər”.

Onu da bildirək ki, Ermənistanın 20-dən çox ölkədə fəaliyyət göstərən səfirliyində qondarma “DQ” də bir şöbə kimi təmsil olunur.

Bu şöbələr həmin ölkələrdə keçirilən tədbirlərdə “Dağlıq Qarabağ Respublikası” adından çıxış edir.

Xarici İşlər Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan şəxslər Azərbaycan vətəndaşlarıdı: “Ermənistandakı saxta rejim, rəsmi İrəvan onlara Ermənistan pasportu verir”.

- Ermənistan rəsmi şəkildə qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımıyıb. Ancaq orada yaşayan Azərbaycan vətəndaşlarına Ermənistan pasportu verir. Paradoks deyilmi?
Bu məsələni biz beynəlxalq səviyyədə qaldırmışıqmı ki, niyə onlar Azərbaycan vətəndaşlarına sənəd verib başqa ölkələrə yola salırlar?

- Bütün dünya bunu bilir. Hamı bilir ki, Dağlıq Qarabağdakı separatçı rejimin hakimiyyəti altında yaşayan erməni sakini gedir növbəyə durur,  Ermənistan pasportu alır.

- Erməni mətbuatında tez-tez belə xəbərlər gedir ki, dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən erməni səfirliklərində qondarma Dağlıq Qarabağla bağlı bir şöbə də fəaliyyət göstərir. Bu şöbələrin fəaliyyətinə etiraz olaraq hansı işlər görülür?

- Dünyada heç bir ölkə və heç bir təşkilat Dağlıq Qarabağdakı separatçı rejimi tanımır. Rəsmi İrəevan isə təxribatla məşğuldur.

Anar KƏLBİYEV

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir