Modern.az

Nazirlik RATİ-də yoxlamaya başlayır

Nazirlik RATİ-də yoxlamaya başlayır

7 Fevral 2012, 13:04

Ədliyyə Nazirliyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) yoxlamalara başlayıb.

RATİ-dən Modern.az-a daxil olan məlumata görə, bununla əlaqədər qurumdan bir sıra sənədlər istənilib. Nazirlik orada araşdırmalar aparacaq. Bütün bu olanlarla bağlı bu gün saat 14-00-da RATİ-nin yerləşdiyi ofisdə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, RATİ 2008-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb. Məqsəd Azərbaycanda söz azadlığının qorunmasını təmin etməkdir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi