Modern.az

Suyun lal axanı, birinci ledinin yerə baxanı

Suyun lal axanı, birinci ledinin yerə baxanı

Reportaj

7 Fevral 2012, 13:59

Svetlana Medvedevanı Raisa Qorbaçova ilə müqayisə edirlər

Modern.az saytının “Birinci ledilər” rubrukasında bu dəfəki təqdimatı Pusiya prezidenti Dmitri Medvedevin xanımı Svetlana Medvedevadır.

Gələcəkdə siyasətçi olacaq Rusiya prezidenti Dmitri Medvedev özünün birinci və yeganə həyat yoldaşı ilə hələ orta məktəbdə oxuduğu illərdə tanış olub. Svetlana Linnik (qızlıq soyadıdır) və Dmitri Medvedev Leninqraddakı (indiki Sankt-Peterburq) paralel siniflərdə oxuyublar. Onların dost olan müəllimləri uşaqları birgə gəzməyə aparardılar. Dmitri isə yaşlı adam kimi məktəbin birinci gözəlinə qulluq edərdi. Müəllimləri İrina Qriqorovskaya deyir ki, uşaqlar hər fasilədə bir yerdə olmağa cəhd göztərirdilər, əl-ələ verib dəhlizdə yeriyirdilər.

Rusiyanın modabaz birinci ledisi

Medvedev məktəbi bitirəndən sonra Leninqrad Universitetinin Hüquq fakültəsinə, Svetlana isə Maliyyə-İqtisadiyyat İnstitutuna daxil olur. Amma qızla oğlanın dostluq əlaqələri ara vermir. 1972-ci ildə tanış olan oğlanla qız 1989-cu ildə evləniblər. İlk və yeganə uşaqları-İlya yalnız 7 il sonra dünyaya gəlib.

S.Medvedeva 1965-ci il martın 15-də Leninqrad vilayətinin Kupçinə şəhərində hərbçi ailəsində doğulub.

Svetlana Medvedeva aristokrat həyatına hələ Sankt-Peterburqda fəal qoşulur, o vaxt əri Leninqrad şəhər deputatlar sovetinin sədri Anatoli Sobçakın adminstrasiyasında müşavir işləyib. Gələcək birinci ledi həmin illərdə müxtəlif xeyriyyəçilik tədbirlərində, sərgi və konsertlərin təşkilində iştirak edirdi. İxtisası üzrə isə heç vaxt işləməyib.

Sonralar Medvedeva ərinin arxasınca Moskvaya gəlir. O, ənənəvi olaraq siyasətlə az maraqlanırdı və dəblə geyinən sarışın xanım tezliklə İtaliya səfirliyində təşkil olunan konsetdə, yaxud Valentin Yudaşkinin Kremldəki axşam qonaqlığında göründü. Yeri gəlmişkən, Yudaşkinlə S.Medvedevanı Alla Puqaçovanın özünün ad günlərinin birində tanış etdiyi bildirilir.

Medvedevlər ailəsinə yaxın olanlardan biri Svetlananı “Güclü və hökmlü” qadın adlandırır. Başqa birisi isə birinci ledinin yüksək dini inanclı qadın olduğunu deyir.

Onu SSRİ-nin keçmiş birinci ledisi Raisa Qorbaçova ilə müqayisə edənlər də var. Amma onun sələfləri olan Naina Yeltsin və Lyudmila Putin Qorbaçovadan fərqli olaraq kölgədə qalmağı sevərdilər və ərlərini yalnız protokol qaydaları tələb edən tədbirlərdə müşayiət edərdilər, Medvedevanın isə daha ciddi olmadığını düşünürlər.

Arvad karyeranın hərəkətvericisi kimi

1982-ci ildə Dmitri Medvedev Leninqrad Dövlət Universitetinə, Svetlana Maliyyə-İqtisadiyyat İnstitutuna daxil olurlar. Amma Sveta məktəbdəki populyarlığını ali məktəbdə təkrarlaya bilmir. Tələbə yoldaşları da Sveta populyar olandan sonra onu güc-bəla ilə xatırlayıblar. Həm də ona görə ki, gələcək birinci ledi birinci kursdan sonra axşam şöbəsində təhsil alıb.

“Dmitri ilə Svetlananın evlənməsi kifayət qədər gözlənilməz oldu. Çünki onların uzun müddət bir-biri ilə əlaqəsi olmamışdı. Amma sonradan belə göründü ki, Dima bütün bu müddətdə onu sevib. Ola bilər ki, Sveta nəticədə belə sədaqətliliyi və vəfalılığı qiymətləndirib. Evlilikdən sonra gənc ər-arvad Svetanın ata evində yaşayıblar. Bunun əsas səbəbi Medvedevlərin iki otaqlı evlərinin şəhər mərkəzindən bir qədər kənarda yerləşməsi olub”,- orta məktəb yoldaşlarından biri belə deyib.

Bu cütlüyü tanıyan adamlar qeyd edirlər ki, Svetlana ərinə əvvəlcədən ciddi qayğı göstərib. Evləndikləri zaman Medvedev Piterdə meriyada işləyib, məhz bu səbəbdən işgüzar dairələrlə kifayət qədər əlaqə qura bilib. Deyilənə görə, Svetlana o vaxtlar təkcə həyat yoldaşı yox, həm də Medvedevin karyerasının irəli getməsində həm məsləhət, həm də dəstək verən əsas qüvvə olub.

Birinci ledi hamını şoka salıb

Rusiyanın indiki birinci ledisinin SSRİ-nin keçmiş birinci ledisi ilə müqayisə edənlər yəqin ki, yanılmayıblar. O zamanları xatırlayırsınızsa, Raisa Qorbaçova ərini bütün səfərlərdə müşayiət etməsilə yanaşı, qeyri-adi davranışları ilə də diqqəti cəlb edirdi. Svetlana Medvedeva ilk baxışda sakit görünür. Həqiqətən, Rusiyada Svetlananın davranışları ilə bağlı xoşagəlməz heç bir hadisəyə rast gəlinməyib. Amma Rusiyanın birinci ledisinin 2010-cu ildə prezident Dmitri Medvedevlə Belçikaya səfəri zamanı yol verdiyi bəzi davranışları onun heç də sakit qadın olmadığını üzə çıxarıb. Belə ki, birinci ledi adamları onu iki saat gözləməyə məcbur edib, restoran, mağaza və muzeylərdəki şıltaqlıqlarından isə hamı təəccüblənib.

Səfər zamanı Rusiya prezidentinin arvadı axşam gec saatlarında “Hilton” hotelinə qayıdıb. Avropanın ən gözəl şəhərlərindən biri olan Brüsseldəki sərgüzəştləri beləcə başlayıb.

Prezident Dmitri Medvedev Brüsseldə Avropa İttifaqının sammitində iştirak etdiyi vaxt onun arvadı Svetlana Medvedeva Brügge şəhərindəki mənzərəli yerlərə “turist” gəzintisinə gedir. Nəticədə Belçika mətbuatında qəzəbli məqalələr çap olunur. Həmin yazılarda qeyd edilirdi ki, Rusiyanın birinci ledisi bir gün Brüggeni tamamilə bir-birinə qarışdırıb və nəticədə ən böyük narahatlıq yaradıb.

Gözləyəcəm, sən gəlsən də, gəlməsən də...

Medvedevin bu səfəri başlanğıcdan yerli hakimiyyət üçün pis olub. “De Standart” qəzeti yazır ki, saat 15:40-da onun mer Patrik Menartonla görüşü nəzərdə tutulub. Ciddi hazırlıq görülür, çox ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir, hətta mühafizəçilər bütün giriş və çıxışları yoxlayırlar. Amma təyin olunan vaxtda Rusiya prezidentinin arvadı fəxri qonaqların qarşılanması üçün nəzərdə tutulan qırmızı xalça döşənən cığırda görünmür. Şəhər rəhbərliyinə iki saat gözləmək lazım gəlir. Bu azmış kimi, rusiyalı nümayəndə heyətindən şəhər rəhbərliyinə təhqiredici izahat verilir: belə ki, Svetlana Medvedeva istirahət etməli, sonra nahar yeməyinə getməlidir.

Bu hələ harasıdır, birinci ledi sonradan Brügge şəhərinin meri ilə ünsiyyət zamanı hədsiz diplomatik səhvə yol verir. Patrik Menarton 2018-ci il futbol üzrə dünya çempionatının keçirilməsi ilə bağlı müsabiqədə Rusiyanın qalib gəlməsi münasibətilə təbrik edəndə Medvedeva deyir: “Qalib hər şeyi alır”. Belçikanın da bu yarışların keçirilməsinə iddialı ölkələrdən biri olduğunu nəzərə alan belçikalılar bunu xüsusi nəzakətsizlik kimi dəyərləndirirlər.

Belçikalıları birinci ledinin şopinqləri də heyrətləndirir. Brüggedəki şəbəkəli mağaza 20 ildir fəaliyyət göstərir, amma ilk dəfə onun əməkdaşlarına müştərisinə uzun müddət nəyisə anlatmaq lazım gəlir. Ora gələn Medvedeva gözləri ilə pəncərə vitrinindəki şərfi göstərir. Mağaza sahibi deyir: “Bu, XVIII əsrin eksklüziv şəbəkəsidir, unikal və qiymətsiz materialdır. Mən onu heç bir situasiyada sata bilmərəm”. Prezidentin arvadını buna inandırmaq çox çətin olur. Nəhayət, “mən başa düşürəm” deyərək iddiasından vaz keçir.

Sonra növbə Brüggedəki şokolad muzeyinə çatır. Oranın personalı və mer yüksək qonağı gözləməyə bir neçə saat vaxt sərf edirlər. Mühafizəçilərin çoxluğu daha pis təəssürata səbəb olur, onlar düz 20 nəfər olur və özlərini çox narahat hiss edirlərmiş. Svetlana Medvedeva muzeydən ingilis arağı və şokoladlı pomadka (konfet növüdür) alır və rus şokoladı hədiyyə edir.

Birinci ledinin restoran şıltaqlığı

Rusiyanın birinci ledisinin növbəti şıltaqlıqlarının “qurbanı” Belçika restoranları olur. Medvedeva və onun ətrafındakılar üçün prestijli restoranlardan birində 20 adamlıq stol sifariş edilir. Amma nəticədə heç kim həmin restorana gəlib çıxmır. Hətta restoranın rəhbərliyinə bununla bağlı xəbərdarlıq belə edilmir. Sonra aydınlaşdırılır ki, prezidentin arvadı son dəqiqədə düşünürək kanal kənarındakı “Duc de Bourgodue” restoranına getməyə üstünlük verir.

Burada çalışanlar da birinci ledinin özünü ciddi aparmamasının şahidi olublar. Heyət üzvlərinin dediyinə görə, 6-7 dəfə menyünü gətirib-aparmalı olurdular. Medvedeva sifarişləri artıq onlar hazırlanan zaman dəyişirmiş, bu bəzən hətta yeməklər stola gətiriləndən sonra baş verirmiş .

Onu müşayiət edən mühafizəçilərisə şikayətlənirlər ki, ayaq yolundakı dəsmal qaydasında deyil. Restoranın adminstrasiyası belə davranışı, belə iradları öz ünvanlarına heç vaxt nə  görüb, nə şahidi olub, nə də eşidiblərmiş.

Bu il mart ayıının 5-də Rusiyada növbəti prezident seçkiləri keçiriləcək. İndiki baş nazir Putin prezidentliyə yenidən iddialıdır. Rusiya müxalifəti Putinin prezident seçilməsini istəmir və buna görə etiraz aksiyaları keçirirlər. Fövqəladə hadisə-yəni, inqilab baş verməsə, Putinin yenidən prezident kürsüsünə sahiblənəcəyi qaçılmazdır. Beləcə, keçmiş birinci ledi Lyudmila Putina da yenidən öz tituluna sahiblənəcək. Bu xanım isə həqiqətən kübar bir qadındır. O, bunu ərinin əvvəlki prezidentlik dövründə sübut edib.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu