Modern.az

Ən fəal dairə 60 saylı, ən passiv dairə isə 70 saylıdır

Ən fəal dairə 60 saylı, ən passiv dairə isə 70 saylıdır

23 Dekabr 2009, 14:18

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi bələdiyyə seçkilərinin gedişi ilə bağlı saat 12.00-a olan nəticələri açıqlayıb. Mərkəzin direktoru Ramil Hüseynov bildirib ki, saat 12.00-a olan məlumata görə, seçicilərin 16,79 faizi (770,350 min nəfər) səs verib.  Modern.az xəbər verir ki, həmin saatadək “qaynar xətt”ə 30 müraciət daxil olub. Müraciətlər əsasən seçicilərin səs verəcəyi məntəqələrin yerini müəyyənləşdirməsi ilə əlaqədardır.

Ən çox fəallıq 60 saylı Salyan-Neftçala seçki dairəsində müşahidə olunur. Burada seçicilərin 23,56%-i səs verib. Ən az fəallıq isə 70 saylı Masallı dairəsindədir– 9,24%.

Bakı üzrə daha çox fəallıq 14 saylı Əzizbəyov seçki dairəsində – 21,6%, minimum fəallıq isə 11,97% olmaqla 28 saylı 3-cü Sabunçu dairəsində müşahidə olunub.

Səsvermə yerli vaxtla saat 8.00-da başlayıb və 19.00-da başa çatacaq.

Ümumilikdə, 1718 bələdiyyədə 15 682 yerə 30 975 namizəd qeydiyyata alınıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir