Modern.az

Türkiyəli general azərbaycanlı generalla görüşdü

Türkiyəli general azərbaycanlı generalla görüşdü

Aktual

7 Fevral 2012, 17:27


Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət edib.

APA-nın xəbərinə görə, nümayəndə heyəti adından məzarlar önünə, “Əbədi Məşəl” kompleksi və Şəhidliyin qarşısına əklillər qoyulub. Baş Qərargah rəisi Türk Şəhidliyinin xatirə dəftərinə ürək sözlərini yazıb. 

Jurnalistlərə aşıqlamasında N. Özəl Baş Qərargah rəisi postunda Azərbaycana ilk dəfə səfər etdiyini deyib. Eyni zamanda qeyd olunub ki, bu, onun NATO üzvü olmayan ölkələrə ilk səfəridir. 

Modern.az-ın məlumatına görə, fevralın 7-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Nejdət Özəlin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.

Geniştərkibli görüşdə Səfər Əbiyev qonağı bölgədə hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə məlumatlandırıb. Nazir qeyd edib ki, Minsk Qrupunun konflikti həll etmək istiqamətində göstərmiş olduğu səylər konkret nəticə vermədiyi üçün Azərbaycan işğal olunmuş torpaqlarını başqa vasitələrlə azad etmək məcburiyyətində qalır və buna görə də öz Silahlı Qüvvələrini getdikcə gücləndirir.

Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğu görüşdə bu əlaqələrin daha da dərinləşməsinin vacibliyi vurğulanıb. Bu mənada həm NATO çərçivəsində, həm də ikitərəfli qaydada Türkiyə-Azərbaycan hərbi əlaqələrinin verdiyi töhfə xüsusi qeyd olunub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu