Modern.az

Kiçik çillə Azərbaycana ən sərt üzünü göstərir

Kiçik çillə Azərbaycana ən sərt üzünü göstərir

8 Fevral 2012, 10:49

Şərq xalqlarının həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb.
Eləcə də Azərbaycanda təbiət hadisələri xalqın inanclarında özünəməxsus yer tutur. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, dekabrın 22-dən qış fəsli başlayıb. Nəzərə alsaq ki, baharın gəlişini – Novruzu 21 martdan hesablayırıq, onda yayın iyunun 22-dən, payızın sentyabrın 22-dən, qış fəslinin isə dekabrın 22-dən başladığını əminliklə söyləmək olar.

Xalq təqvimdə qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.

Modern.az-ın məlumatına görə, bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.

Hazırda xalq inanclarına görə, Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillədir. Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir.

2012-ci ilin kiçik çilləsi Azərbaycana ən sərt üçünü göstərir. Qış fəsli gözlənildiyindən də qarlı-şaxtalı, çovğunlu keçir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, 
fevralın 8-də Bakıda havanın minimal temperaturunda -11 dərəcə şaxta qeydə alınıb. Bu da son 110 illik meteoroloji müşahidələrə görə, 1969-cu di ildə qeydə alınan - 10 dərəcə rekord göstəricini təzələyib. 

Yeri gəlmişkən, inanclara görə, kiçik çillə yarı olanda Xıdır Nəbi mərasimi keçirilir. Bu mərasim xalqın min illik ənənələrində yaşadılır.

Dədə-babalarımız həmişə bu təqvimə uyğun davranıblar....

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir