Modern.az

Mingəçevirdə 12 yaşlı uşağın başını kəsən qatil tutulub

Mingəçevirdə 12 yaşlı uşağın başını kəsən qatil tutulub

8 Fevral 2012, 12:28

Daxili İşlər Nazirliyi fevralın 7-də Mingəçevir şəhərində törədilən dəhşətli qətl hadisəsilə bağlı rəsmi məlumat yayıb. Modern.az saytı xəbər verir ki, DİN-in məlumatına görə, fevralın 7-də Mingəçevir şəhərində yaşayan 12 yaşlı Pərvin Beydullayevin bıçaqla qətlə yetirilmiş meyiti tapılıb, bacısı 14 yaşlı Pərvanə isə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib, vəziyyəti ağırdır.
Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni tamah məqsədilə törətmiş şəhər sakini Hüseyn Dadaşov tutulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir