Modern.az

Tələbə cibgirlərlə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib

Tələbə cibgirlərlə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib

23 Dekabr 2009, 16:17

Bakıdakı ictimai nəqliyyatda cibgirlər yenidən fəallaşıblar. Həm də bu dəfə fərdi deyil, dəstə halında. Modern.az-ın məlumatına görə, belə hallar 218 saylı marşrutda işləyən avtobuslarda tez-tez baş verir. Elə həmin marşrutda işləyən avtobuslardan birinin sərnişini-tələbə Həsən Şirinov da cibgirlərin əməli sayəsində ziyana düşüb. Tələbə bildirib ki, iki gün öncə, 218 saylı marşrutun avtobusunda yol gedərkən cibgirlər onun cibinə girərək pul kisəsini oğurlayıblar. Pul kisəsində isə tələbənin 21 manat pulu, şəxsiyyət vəsiqəsi və tələbə bileti varmış. Həsən Şirinov faktla əlaqədar DİN-in “102” xidmətinə məlumat verib. İndi tələbəni cibgirlərin oğurladığı 21 manat deyil, şəxsiyyət vəsiqəsi və tələbə bileti maraqlandırır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir