Modern.az

Mahmud Məmmədquliyev Azərbaycan nümayəndə heyətini Nyu-Yorka aparıb

Mahmud Məmmədquliyev Azərbaycan nümayəndə heyətini Nyu-Yorka aparıb

Aktual

8 Fevral 2012, 15:10

Azərbaycan2012-ci ilin 30 yanvar-3 fevral tarixlərində Azərbaycan nümayəndə heyəti Nyu-Yorka səfər edib. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ibarət olub.

XIN mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, səfərin məqsədi regionda informasiya və kommunikasiya infrastrukturunun  inkişafına yönəldilmiş “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin həyata keçirilməsi istiqamətində görülmüş işlər haqqında məlumatlandırmanı artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri ilə ikitərəfli məsləhətləşmələr keçirmək olub.

Qeyd edilməlidir ki, 2009-cu ildə ölkəmizin təşəbbüsü ilə TASİM layihəsi üzrə BMT Baş Assambleyasında irəli sürülmüş qətnamə layihəsi yekdilliklə qəbul edilmiş və qətnaməyə əsasən Azərbaycan Respublikası Hökumətinə layihənin həyata keçirilməsi üzrə regional səviyyədə səylərin əlaqələndirilməsi tapşırılıb.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?