Modern.az

Dövlət qoruğunda iki azyaşlı uşaq yanaraq ölüb

Dövlət qoruğunda iki azyaşlı uşaq yanaraq ölüb

8 Fevral 2012, 18:32

Masallı rayonun  Qızılağac kədində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində (rayon mərkəzindən 24 km aralı) yanğın olub. Modern.az saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Nazirlikdən bildirilib ki, yaşayış üçün istifadə olunan ümumi sahəsi 16 kv.m olan vaqon tipli otaq yanıb, içərisində olan 2 nəfər azyaşlı uşaq ölüb. Yanğınsöndürənlər hadisə yerinə çağırılmayıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir