Modern.az

Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb

Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb

8 Fevral 2012, 18:36

BMT-nin İqtisadi və Sosial Şurasında BAMF-ın 4 illik fəaliyyəti ilə bağlı hesabatı qəbul edilib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və Fondun beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nik Nvolisa Nyu-Yorka səfər ediblər. Səfərin məqsədi BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) BAMF-ın 4 illik fəaliyyəti ilə bağlı təqdim etdiyi hesabatın müzakirəsində və ECOSOC-un Sosial İnkişaf Komissiyasının 50-ci sessiyasında iştirak etməkdir. Bu barədə BAMF sədri U.Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, BAMF-ın hesababatının müzakirəsi zamanı BMT-nin QHT-lər bölməsinin rəhbəri Andrey Abramov sənədin mükəmməl hazırlandığını və bu səbədən də qəbul olunduğunu bildirib.

U.Rəhimoğlu A.Abramovdan bu sözləri eşitməyin onun üçün çox xoş olduğunu bildirib: “Əlbəttə, biz əvvəlcədən də əmin idik ki, hesabat BAMF-ın fəaliyyətini tam əks etdirdiyindən komitədə qəbul ediləcək. Bunu cənab Andrey Abramovfan eşitmək mənim üçün çox xoş oldu. Hələ 2007-ci ildən ECOSOC-un məşvərətçi statuslu üzvü olan BAMF tərəfindən keçən müddət ərzində bu istiqamətdə xeyli işlər görülüb. BAMF BMT-nin əksər nüfuzlu beynəlxalq tədbirlərində iştirak edib, müxtəlif müzakirələrə fəal qatılıb. Heç şübhəsiz ki, Minilliyin İnkişafı Hədəfləri çərçivəsində BMT-nin 2010-2015-ci illər üzrə fəaliyyət proqramını hazırlayan işçi qrupuna daxil olmağımız çox önəmli işlərdən biri idi. Biz BMT-nin müxtəlif agnetlikləri ilə yaxından əməkdaşlıq edirik. Hesabatda BAMF-ın həyata keçirdiyi ayrı-ayrı layihələrlə yanaşı Azərbaycanda vətəndaş cəmiyyətinin durumu, sosial-iqtisadi vəziyyət, insan haqları, söz azadlığı və medianın inkişafı barədə məlumatlar yer alıb”.

U.Rəhimoğlu ECOSOC-un Sosial İnkişaf Komissiyasının 50-ci sessiyasında müxtəlif mövzularda müzakirələrin aparıldığınını da deyib.

Xatırladaq ki, BAMF Azərbaycan QHT-ləri ilə BMT agentlikləri, o cümlədən ECOSOC-la yaxından əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi işini də koordinə edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir