Modern.az

Ölkənin Şimal bölgəsi zülmətə qərq olub

Ölkənin Şimal bölgəsi zülmətə qərq olub

8 Fevral 2012, 19:35

Bir saat öncə Azərbaycanın Şimal bölgəsinə elektrik enerjisinin verilməsi dayandırılıb. Bu barədə Modern.az saytına deputat Vahid Əhmədovun Qubadakı ofisindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, hazırda Qubada yalnız Mərkəzi xəstəxanada elektrik enerjisi var ki, bu da generator vasitəsilə verilir.

Quba, Qusar, Xaçmaz demək olar ki, zülmətə qərq olub. Ancaq problemin hansı səbəbdən baş verdiyi açıqlanmır.

Əhalinin gömrük rüsumlarının yüksək olması səbəbindən Rusiyaya apara bilmədiyi meyvə tamamilə məhv olub.

Bu isə o deməkdir ki, bölgədə insanların yaşaması üçün göz dikdikləri yeganə ümid yeri puça çıxıb.

Bölgədə dağ kəndləri ilə əlaqə tamam kəsilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir