Modern.az

Sabahın hava proqnozu açıqlandı – yenə qar, yenə şaxta

Sabahın hava proqnozu açıqlandı – yenə qar, yenə şaxta

9 Fevral 2012, 13:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin  Modern.az saytına verilən məlumatına görə, yaxın 2 gündə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi yenidən güclənəcək.

Sabah Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru güclənəcək. 
Havanın temperaturu gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, axşama doğru 5 dərəcəyədək şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında isə  hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir