Modern.az

Siz də profil şəklinizi dəyişin...

Siz də profil şəklinizi dəyişin...

9 Fevral 2012, 14:39

Bu günlərdə azərbaycanlı jurnalistin Hollandiya Xristian Demokrat Alyansının üzvü Krayne Hukdan götürdüyü maraqlı bir müsahibəsinə rast gəldim. Xanım siyasətçi həmin müsahibədə Qarabağ problemindən, Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal edildiyindən ölkəsinin xəbərsiz olduğunu iddia edir: “Xocalı barədə Hollandiyada heç kəs heç nə bilmir. Siz məlumat verməsəydiniz, yəqin ki, mən də heç vaxt bu baərdə bilməyəcəkdim”. 
Amma Xocalı faciəsi xalqımızın sinəsində elə bir sağalmaz yaradır ki, onun haqqında bütün dünyanın bilməsi vacibdir. Qarşıdan Xocalı Soyqırımının 20-ci ildönümü gəlir. Hazırda bu yöndə istər ölkəmizdə, istərsə də xaricdə bir sıra tədbirlər keçirilməkdədir. Dünyanın diqqətini cəlb edə biləcək belə tədbirlərin sistemli və davamlı olması gərəkdir.

Məsələn, QHT-lərə Əməkdaşlıq Alyansının maraqlı bir aksiyaya başlaması diqqətimi cəlb etdi. Alyans fevral ayının 2-dən etibarən, Xocalı Soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün internet aksiyasına start verib. Alyans üzvləri artıq Facebook sosial şəbəkəsindəki səhifələrində profillərini də dəyişərək, Xocalı faciəsini əks etdirən şəkillər yerləşdirib və onu paylaşıblar. Eləcə də, bütün Facebook istifadəçilərinə bu kampaniyaya qoşulmaları ilə bağlı müraciət ediblər. Bu bir aylıq aksiyaya bütün facebook istifadəçiləri qoşulsalar, çox yaxşı olardı...

İndiki Bakı Dövlət Universitetin ikinci kursunda oxuyurdum, səhv etmirəmsə, 1984-cü il idi. Bir gün universitetdə xəbər yayıldı ki, Zori Balayan adlı bir erməninin Mockvada “Ocaq” adlı kitabı çıxıb. Kitabda hansı sərsəm iddialırın öz əksini tapdığından xəbəriniz var deyə, üzərində geniş dayanmıaram. Ancaq demək istəyirəm ki, bu o dönəmlər idi ki, ziyalı donuna bürünmüş “zori balayanlar”, “aqanbekyanlar” hələ əsli iç üzlərini göstərmək istəmirdilər, əsil niyyətlərini biruzə vermirdilər...  

Əsil niyyət isə Xocalı Soyqırımından sonra bəlli olacaqdı. Əslində bütün türkləri yer üzündən silmək istəyən ermənilər və onların rus havadarları fevralın 26-da 2500 dinc Xocalı sakininin 613-ü qətliam etdilər. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Türk düşməni Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında Xocalıda törətdikləri vəhşiliklər haqqında görün nə yazır:

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Hazirda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan isə "Xaç uğrunda" kitabında Xocalı müsibətini əsla vicdan əzabı çəkmədən qələmə alıb:

"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim".

Görün, erməni vəhşiliyi, erməni həyasızlığı necədə iyrəncdir, dözülməzdir? Məgər dünyanın bu ədalətsiliyə susmasının özü ədalətsizlik deyilmi?

Xanoğlan Əhmədov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər