Modern.az

Hitlerin gizli şəkilləri üzə çıxıb

Hitlerin gizli şəkilləri üzə çıxıb

9 Fevral 2012, 17:20

Vaxtilə faşist Almaniyasına rəhbərlik etmiş Adolf Hitlerin daha əvvəl heç yayımlanmamış şəkilləri ortaya çıxıb.

Modern.az CNN türk-ə istinadən bildirir ki, kütlə önündə nitq söyləmək məşqlərini edən Hitleri qəribə pozalarda göstərən ağ-qara şəkillər 1920-ci illərin sonunda şəxsi fotaqrafı Heinriç Hoffman tərəfindən çəkilib.

Hitler şəkillərin birində yumruğunu göyə qaldırırkən digərində xəyali seyirçini işarə edir. Başqa bir şəkildə isə Hitler ağaca söykənib.

Hitler bu şəkillərin kifayət qədər hörmətli olmadığı səbəbilə yayımlanmasını qadağan edibmiş.  Şəkillər Hoffmanın “Hitler my friend” (Hitler mənim dostumdur) kitabının ingilis dilindəki nəşrində ilk dəfə yayımlanıb.

Nasist lideri intihar etmədən bir neçə gün öncə evləndiyi Eva Braun ilə tanış edən Hoffman II Dünya Müharibəsindən sonra 4 il həbsdə qalıb, 1957-ci ildə 72 yaşında vəfat edib.




Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir