Modern.az

Qafqaz Müsəlmanları İdarəsinə əlavə səlahiyyətlər veriləcəkmi?

Qafqaz Müsəlmanları İdarəsinə əlavə səlahiyyətlər veriləcəkmi?

9 Fevral 2012, 17:56

Rəhimə Dadaşova: “Rəsmi münasibətimizi və mümkün təkliflərimizi bildirə bilərik”

Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bir neçə dəfə Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) əlavə səlahiyyətlər verilməsini təklif etsə də, indiyədək onun istəyi reallaşmayıb. Komitə sədri 2009-cu iledə “Dini etiqad azadlığı haqqında” qanuna əlavələr və dəyişikliklər müzakirə olunanda deyirdi ki, ölkədə qeydiyyatsız fəaliyyət göstərən məscidlərin əksəriyyəti ayrı-ayrı xarici dövlətlər tərəfindən tikilib. Bunu nəzərə alan Aslanova QMİ-yə əlavə səlahiyyətlər verilməsini vacib hesab edirdi: “Bu, dini sferada baş verənlərin qarşısını almaqda mühüm rol oynayar”.

Adıçəkilən qanuna əlavə və dəyişikliklər edilsə də, komitə sədrinin təklifi reallaşmayib. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern.az saytının sorğusuna rəsmi cavabında deyib ki, Rəbiyyət Aslanovanın Qafqaz Müsəlmanları İdarəsinə rəsmi status verilməsi ilə bağlı səsləndirdiyi fikirlərlə tanışdırlar: "Hörmətli komitə sədrinin fikirləri ilə bağlı hər hansı təklif irəli sürməmişik. Belə ki, bu, bizim səlahiyyətlərimiz xaricində olan məsələdir. Qanunverici orqan tərəfindən bununla bağlı hər hansı sənəd layihəsi rəsmən daxil olarsa, qanunla bizə verilə biləcək hüquqları nəzərdən keçirib rəsmi münasibətimizi və mümkün təkliflərimizi bildirə bilərik”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı