Modern.az

Almaniyada türk marksist-leninçilərinə hökm oxunub

Almaniyada türk marksist-leninçilərinə hökm oxunub

10 Fevral 2012, 13:04

Düsseldorf məhkəməsi xarici terror təşkilatında iştiraklarına görə iki türk barəsində hökm çıxarıb. Modern.az saytı Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, azadlıqdan məhrum edilənlərdən biri Sədi Naçi O. sol ekstremist makrsist-leninçi təşkilatın “İnqilabi xalq azadlıq cəbhəsi” adlı alman dəstəsinin rəhbəri olmaqda təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib. Onun yardımçısı olan Ünalkaplan D. bu partiyanın funksioneri kimi Köln və Vesfalıdə fəaliyyət göstərib və barəsində 4 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

42 yaşlı Sədi Naçi O.nun bundan əvvəl Türkiyədə üst-üstə 14 il həbsxanada yatdığı bildirilir. 2009-cu ildə Almaniyaya gəlib, burada həmin partiya üçün maliyyə mənbəyi və yeni adamlar axtarıb. Onu 2010-cu ilin may ayında Elzasda tutublar. İkinci azadlıqdan məhrum edilə 29 yaşlı Ünalkaplan D. Almaniyada doğulub və böyüyüb. O, kiçik mağaza sahibi olub və 2009-cu ilin ortalarında partiyanın işləri ilə məşğul olmaq üçün biznesdən uzaqlaşıb.

Adıçıkilən terror qruplaşmasının Türkiyə ərqazisində də bir neçə terror aksiyası həyata keçirdiyi bildirilir. Həmin partityanın fəaliyyətinə Almaniyada 1998-ci ildən qadağa qoyulub. Bununla belə, Almaniya təhlükəsizlik təşkilatlarının açıqlamalarına görə, ölkədə təşkilatın 650 nəfərə yaxın tərəfdarı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır