Modern.az

Sabah da hava qarlı, küləkli keçəcək - PROQNOZ

Sabah da hava qarlı, küləkli keçəcək - PROQNOZ

10 Fevral 2012, 13:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən  məlumata görə  Bakıda və Abşeron yarımadasında fevralın 10-dan11-nə keçən gecə və səhər güclü küləkli, şaxtalı və covğunlu hava şəraitinin davam edəcəyi, fasilələrlə az qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə və səhər 3-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Hava şəraitinin qısa icmalına gəlincə isə fevralın 11-də gecə və səhər şaxtalı, güclü küləkli, covğunlu hava şəraiti davam edəcək, fasilələrlə az qar yağacağı gözlənilir. 
Azərbaycanın rayonlarında isə fevralın 11-də fasilələrlə qar yağacağı, gecə və səhər bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq. 
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?