Modern.az

“Wikileks”ə sənəd ötürən əsgərin məhkəməsi başlayır

“Wikileks”ə sənəd ötürən əsgərin məhkəməsi başlayır

10 Fevral 2012, 14:19

Sıravi Menninqə qarşı 22 ittiham irəli sürülüb

ABŞ hökumətinin sənədlərini “Wikileks” saytına ötürməkdə təqsirli bilinən hərbçi Bredli Menninq fevralın 23-də hərbi tribunal qarşısına çıxarılacaq. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Menninq hərbi məlumatları qanunsuz əldə etməkdə, Əfqanıstan və İraqdakı müharibələr də daxil olmaqla Amerika xarici siyasət qurumlarının 250-dən çox sənədini qanunsuz əldə etməkdə günahlandırılır.

Menninqə qarşı düşmənə yardım və ABŞ ordusunun sirlərinin açılması da daxil olmaqla, ümumilikdə 22 ittiham irəli sürülüb. Tribunalın məhkəmə iclası Milli Təhlükəsizlik Agentlityinin Merilenddəki Forte-Mid hərrbi bazasıın mənzil-qərargahında keçiriləcək.

Sıravi Menninq ABŞ ordusuna 2007-ci ildə xidmət etməyə başlayıb. O, ABŞ Silahlı Qüvvələrini 18-ci hava-desant korpusunun nəzdində İraqda xidmətdə olub. Menninq burada kəşfiyyat məlumatlarının analizi üzrə mütəxssis kimi çalışıb, Pentaqonun və ABŞ Dövlət Departamentinin bir sıra gizli sənədləri ilə tanış olmaq imkanı əldə edib. O, həmin gizli sənədlərin bir hissəsi ilə bağlı “Wikileks”ə məlumat verib. Menninq tutulandan sonra ona qarşı irəli sürülən ittihamların mahiyyətini başa düşdüyünü bildirib. Təqsiri sübut olunarsa, ömürlük azadlıqdan məhrum edilə bilər. İttiham tərəfi isə ittihamların sübut olunacağı təqdirdə Menninqə hətta ölüm hökmü çıxarılacağını da istisna etməyib.
Müdafiə tərəfi isə əsgərin sayta ictimaiyyətə əvvəllər bəlli olan köhnəlmiş məlumatları verdiyini vurğulayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi