Modern.az

Gənclər İlham Əliyevin Qarabağa səfərinə qiymət verdilər

Gənclər İlham Əliyevin Qarabağa səfərinə qiymət verdilər

Aktual

10 Fevral 2012, 17:05

Ötən il dekabrın 24-də Prezident İlham Əliyev  Qarabağa səfər etmiş, 50 illik yubileyini məcburi köçkünlərlə birlikdə qeyd etmişdi. Prezident  Taxtakörpü ərazisində 552 laçınlı məcburi köçkün ailəsi üçün salınmış qəsəbənin, 21 yanvar 2012-ci il tarixdə isə Goranboy rayonunda  525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında iştirak etməklə bu təbəqənin insanlarına diqqət və qayğının ən bariz nümunəsini nümayiş etdirmişdi.

Azərbaycan ictimaiyyəti, qaçqın və məcburi köçkün gənclər ölkə başçısının bu addımını yüksək qiymətləndiriblər.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı prezident İlham Əliyevin  bu səfərlərinin yekunlarını müzakirə etmək məqsədilə Beynəlxalq Mətbuat Mərkəzində “GƏNCLƏRİN QÜRUR MƏNBƏYİ” mövzusunda tədbir keçirib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlayıb. Daha sonra prezident İlham Əliyevin Qarabağa səfərini əks etdirən filmin nümayişi olub.

Tədbirdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatın sədri Vüqar Qədirov ölkə başçısının öz ad günündə Qarabağ bölgəsinə səfər etməsini İlham Əliyevin bu təbəqənin insanlarına diqqət və qayğısının təcəssümü olduğunu bildirib.
V.Qədirov deyib ki, prezidentin laçınlı məcburi köçkünlərə xitabən “Bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz” deməsi bu insanlara dövlət rəhbərinin ən yüksək münasibət bəslədiyini göstərib.
O, prezident İlham Əliyevin hakimiyyəti dövründə qaçqın və məcburi köçkünlərin sosial rifahının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
V.Qədirov bildirib ki, bu gün Azərbaycanın təkcə qaçqın və məcburi köçkünlərinin həyat səviyyəsi bütün Ermənistan əhalisinin həyat səviyyəsindən qat-qat yüksəkdir. Onun sözlərinə görə, prezident İlham Əliyev Azərbaycan gənclərinin qürur mənbəyidir və çoxminlik  gənclər ordusu Ali Baş Komandanın əmrinə hazırdırlar ki, işğal altında olan torpaqlarımızı azad etsinlər.

Daha sonra digər çıxış edənlər ölkə rəhbərliyinin Qarabağ probleminin həlli istiqamətində, eləcə də qaçqın və məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətdən danışıblar.
Tədbir gənclərin müzakirəsi ilə davam etdirilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!