Modern.az

İbrahim Məmmədov AzTV-də sədr müavini təyin edildi

İbrahim Məmmədov AzTV-də sədr müavini təyin edildi

Media

10 Fevral 2012, 17:31

AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru İbrahim Məmmədov
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini təyin edilib.

Bu barədə Modern.az saytına AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım məlumat verib. O, bildirib ki, bununla əlaqədar prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Bir müddət burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedoqoji Universitetdə təhsil alıb.

İ.Məmmədov əvvəllər "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında çalışıb.

2006-cı ildən indiyədək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru vəzifəsində çalışıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir