Modern.az

Milli Məclis Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədləri müzakirə edəcək

Milli Məclis Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədləri müzakirə edəcək

10 Fevral 2012, 17:52

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. Bu barədə Modern.az-a MM-in mətbuat xidməti məlumat verib. Məlumatda bildirilib ki, iclasda  komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. O  əvvəlcə namizədliyi ölkə prezidenti tərəfindən növbəti müddətə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təqdim olunan Alim Quliyev, Aftandil Babayev, Vadim Xubanov haqqında iştirakçılara məlumat verib.
Deputatlar məsələ ilə əlaqədar öz müsbət fikirlərini bildiriblər. Çıxış edən namizədlər onlara göstərilən etimada görə minnətdarlıq edərək, bundan sonra da ölkə iqtisadiyyatının gücləndirilməsində səylə çalışacaqlarını bildiriblər.
Ziyad Səmədzadə gündəlikdəki ikinci məsələ “Narkoloji xidmət və nəzarət haqqında” qanuna dəyişikliklər edilməsi barədə məlumat verib. Bildirilib ki, bu xidmət dövlət vəsaiti hesabına həyata keçirilir, bu işlərə nəzarət isə dəyişikliklərə görə müvafiq icra stukturlarına verilir. 
Sonra “Azərbaycan hökuməti ilə İsrail arasında bağlanan  gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Saziş layihəsi müzakirə olunaraq müsbət dəyərləndirilib.
Sonda qanun layihələri yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir