Modern.az

Bakıdakı "bomj" sığınacaqları - FOTO

Bakıdakı "bomj" sığınacaqları - FOTO

Təhsil

10 Fevral 2012, 20:54

Ölkəmizdə qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində səyyar sığınacaqlar təşkil olunub. Fevralın 10-da nazirliyin aparat rəhbərinin müavini Elnur Kələntərov sığınacaqların qurulduğu yerlərə gələrək, insanlara göstərilən xidmətin vəziyyəti ilə tanış olub, kəskin hava şəraitindən qorunmaq üçün sığınacaqlara gələn insanların istilik, eləcə də isti yemək və s. ilə təminatı işinin daha keyfiyyətlə, çevik və məqsədyönlü təşkili üçün müvafiq göstərişlərini verib.

Məlumat üçün bildirək ki, sığınacaqlar Bakının Nərimanov (Şərq bazarının yaxınlığı, Xətai prospekti, 11), Nəsimi (Nəsimi bazarının yaxınlığı, S.Rüstəm küç. 69), Xətai (Bakı kinoteatrının qarşısı, Sarayev küç. 20), Xəzər (Xəzər bazarının yaxınlığı, A.İldırım küç. 18) və Nizami (Xalqlar Dostluğu metrosunun yaxınlığı, Q.Qarayev küç. 118) rayonlarında yerləşir.

Sığınacaqlarda yaşayış yerinə getməkdə, o cümlədən rayondan Bakıya gələrək yenidən rayona qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar iş görənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar (küçə uşaqları, atılmışlar və s.), yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin olunurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, sutka ərzində “qaynar xətt”ə - 142-yə zəng vurmaq olar.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı