Modern.az

Rövnəq Abdullayev prezidentliyə namizədliyini irəli sürdü

Rövnəq Abdullayev prezidentliyə namizədliyini irəli sürdü

10 Fevral 2012, 23:36

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev seçkilərə hazırlaşır.

2012-ci il martın 9-da, saat 10:00-da, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA)  inzibati binasında bu qurumun hesabat-seçki konfransı keçiriləcək.

Modern.az xəbər verir ki, konfransda AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
Artıq AFFA-nın hazırki prezidenti Rövnəq Abdullayev keçiriləcək seçkidə AFFA prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb.

Qeyd edək ki, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndinə əsasən, prezident öz namizədliyini irəli sürmək hüququna malikdir.

Hazırki AFFA prezidenti Rövnəq Abdullayevin 4 illik səlahiyyət müddəti artıq başa çatır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar