Modern.az

Bu gün hava şaxtalı, qarlı, çovğunlu olacaq

Bu gün hava şaxtalı, qarlı, çovğunlu olacaq

11 Fevral 2012, 00:11


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 11-də ölkə ərazisində şaxtalı və çovğunlu hava şəraitinin davam edəcək, fasilələrlə qar yağacaq.

Bakıda və Abşeron yarımadasında fevralın 10-dan 11-nə keçən gecə və səhər güclü küləkli, şaxtalı və covğunlu hava şəraitinin davam edəcəyi, fasilələrlə az qar yağacağı gözlənilir.
Temperatur gecə və səhər 3-7 dətrəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Axşama doğru 5 dərəcəyədək şaxta olacaq.
Bakıda gecə 5-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 7-12 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.  

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Fevralın 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperaturun gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəc şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 3-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 7-12 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 7-10 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. 

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında fasilələrlə qar yağacağı gözlənilir. Temperatur gecə 4-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir qar yağacağı gözlənilir. Fevralın 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq.
Temperaturun gecə 3-6 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı