Modern.az

Azərbaycanın tanınmış bəstəkarı vəfat edib

Azərbaycanın tanınmış bəstəkarı vəfat edib

11 Fevral 2012, 11:51

Modern.az xəbər verir ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, bəstəkar Elza İbrahimova 74 yaşında vəfat edib.

Son vaxtlar ağır xəstə olan E.İbrahimova bir müddət öncə ilsult keçirmişdi.

Elza İbrahimova 1938-ci il yanvarın 10-da anadan olub.

Mərhum bəstəkar "Yanan laylalar" operasının/ libretto, “Neftçilər himni"nin, "Dünya sevənlərindi" kinofilminin musiqisinin müəllifidir, R.Heydər, B.Vahabzadə, O.Qoçulu, V.Əziz, V.Səmədoğlu, R.Əfəndiyeva və b. şairlərin sözlərinə mahnı və romanslar yazıb.

Allah rəhmət eləsin

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı