Modern.az

Təhsil Nazirliyi sınaq imtahanlarını yenə təxirə saldı

Təhsil Nazirliyi sınaq imtahanlarını yenə təxirə saldı

11 Fevral 2012, 12:53

Azərbaycandakı kəskin hava şəraiti ilə əlaqədar bir sıra rayonlarda XI və IX siniflər üzrə təxirə salınmış mərkəzləşdirilmiş yoxlama (sınaq) imtahanları bu gün keçirilməliydi. Modern.az saytı xəbər verir ki, Təhsil Nazirliyi imtahanları yenə təxirə salıb.

Təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, fevralın 4-5-də Şirvan şəhərində, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Kürdəmir, Xocavənd rayonlarında XI və IX siniflər üzrə mərkəzləşdirilmiş yoxlama (sınaq) imtahanları fevralın 11-12-nə keçirilmişdi. Amma hava şəraiti düzəlmədiyindən Təhsil Nazirliyi bu günə və sabaha təqyin olunan sınaq imtahanlarını ikinci dəfə təxirə salmalı olub.

Təhsil naziri Misir Mərdanov müvafiq əmrinə əsasən, ümumtəhsil məktəblərində ümumi orta (IX sinif) və tam orta təhsil (XI sinif) səviyyələri üzrə yoxlama (sınaq) imtahanlarına 28 yanvar tarixindən start verilir.

IX siniflərdə sınaq  imtahanları Azərbaycan dili və riyaziyyat, XI siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilir.
 
2012-ci ilin ilk sınaq imtahanları 28-29 yanvar tarixində Bakı məktəblərində keçirilib.

Daha sonra proses ardıcıl olaraq bütün bölgələri əhatə edərək 15 aprel tarixində yekunlaşacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi