Modern.az

Atatürkün oxşarı tapılıb – görənlər gözlərinə inanmır - FOTOLAR

Atatürkün oxşarı tapılıb – görənlər gözlərinə inanmır - FOTOLAR

11 Fevral 2012, 15:29


Türkiyənin İzmir şəhərində elektrik işləyən Məsud Yontan adlı şəxs Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkə bənzərliyi ilə hər kəsin diqqətini çəkib.

Modern.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, Məsud Yontanın Atatürkə bənzədilən fotoşəkili on minlərcə adam tərəfindən Facebook social şəbəkəsində yayılıb. Qaşları, geniş alını, saçları, mavi gözləriylə Atatürkə bənzədilməkdən çox xoşbəxt olduğunu söyləyən 60 yaşlı Yontan nənəsinin Yunanıstanın Selanik şəhərindən immiqrantı olduğunu deyib:

"Atatürkə bənzədilmək, Facebook-da haqqımdakı şərhlər çox xoşuma gəldi. Facebook-dakı səhifəmi mənim adıma oğlum açıb. Aktiv istifadəçi deyiləm, lakin şərhləri oxuyuram. Çox xoşbəxt oluram. Həqiqətən də Atatürkə bənzəmək üçün heç bir səyim olmadı. Buna baxmayaraq Atatürkə bənzədilmək çox gözəldir".

Alverə getdiyi marketdə, yolda insanlanın ona təəccüblə baxdığını deyən Yontan "hər kəs Atatürk ilə qohumluğumu soruşur. Nənəm Selanik şəhərindənmiş, amma bir qohumluğumuzu bilmirəm. Selanikə heç getmədim. Çünki ömürüm həmişə iş-güclə keçib. Mavzoleyə belə gedə bilmədim. Daha əvvəl heç bir film ya da teatrda oynamadım, lakin təbii ki, film ya da seriallarda Atamızın rolunda oynamaq mənə qürur verər. Sevə-sevə oynayaram" deyib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir