Modern.az

Bakıda polislərin döyülməsinə dair rəsmi məlumat açıqlandı

Bakıda polislərin döyülməsinə dair rəsmi məlumat açıqlandı

11 Fevral 2012, 16:54

Bakı Şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu paytaxtda polis əməkdaşlarına xəsarət yetirilməsi hadisəsi ilə bağlı birgə rəsmi açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına daxil olan açıqlamada bildirilib:

”2012-ci il fevralın 8-də saat 21.00 radələrində Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının bir neçə əməkdaşı xidmətdən kənar vaxt metronun “İnşaatçılar” stansiyasının girişində bir qrup gəncin xuliqanlıq hərəkətləri ilə qarşılaşmışdır. Həmin gənclər, onların xuliqanlıq hərəkətlərinin qarşısını alan və intizama dəvət edən polis əməkdaşlarına müqavimət göstərmiş, nəticədə asayiş keşikçilərindən bir neçəsi bədən xəsarətləri almışdır.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanmışdır.

Fevralın 9-da cinayətin iştirakçılarından üç nəfəri şübhəli şəxs qismində saxlanılmışdır.

İctimai qaydanı kobud şəkildə pozan və hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərinin digər iştirakçılarının müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir