Modern.az

12 fevralda hava yağmursuz keçəcək - PROQNOZ

12 fevralda hava yağmursuz keçəcək - PROQNOZ

12 Fevral 2012, 00:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 12-də ölkə ərazisində şaxtalı yağmursuz hava şəraiti keçəcək.

Bakıda və Abşeron yarımadasında fevralın 12-də hava əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyinin gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir
Temperatur Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəc şaxtadan 2 dərəcəyək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 12-17 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında havanın
əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və axşam bəzi şərq rayonlarında az qar yağacağı ehtimalı var. Arabir duman olacaq.
Temperatur gecə 8-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz -10 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Temperatur gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq.
Temperatur gecə 0-5 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu