Modern.az

Pop musiqinin kraliçası öldü

Pop musiqinin kraliçası öldü

12 Fevral 2012, 10:07
Dünya şöhrətli müğənni Uitni Hyuston 48 yaşında qəflətən dünyasını dəyişib.

Modern.az xarici mətbuata istinadən bildirir ki, müğənni ötən gecə ABŞ-ın Los-Ancels şəhərindəki “Beverli Hilton” otelindəki otaqda ölmüş vəziyyətdə tapılıb.

Hələlik ulduz sənətçinin nədən öldüyü müəyyənləşməyib.

Müğənninin meyiti üzərində zorakılıq əlamətləri aşkar edilmədiyindən polis Uitni Hyustonun öldürülməsi ehtimalını istisna edir.

Həm səsi, həm də gözölliyi ilə "musiqi dünyasının altun qızı" və "pop musiqinin kraliçası" olarak tanınan Uitni Hyustonun son illərdə özünü narkotik bataqlığından qurtara bilmədiyi bilinir.

Dünyanın ən çox ödül alan qadın sənətçisi kimi Ginnessin Rekordlar Kitabına düşən, Gremmi mükafatlı müğənninin meneceri Kristen Foster Hyustonun ölüm səbəbinin araşdırıldığını deyib.

Uitni Hyuston dünya şöhrətini 1980-90 illərdə qazanıb. O, ABŞ estradasının ən uğurlu ulduzu sayılırdı. Hyuston “Mühafizəçi”, “Keşişin həyat yoldaşı”, “Fasiləni gözləyərək” filmlərində baş rolları ifa edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?