Modern.az

Ermənistan Azərbaycanın köməyini qəbul etmədi

Ermənistan Azərbaycanın köməyini qəbul etmədi

Təhsil

12 Fevral 2012, 10:44

Azərbaycan hökumətinin Ermənistana kömək etmək təklifinə rəsmi İrəvan münasibət bildirib. Emənistan paytaxtının meriyası Azərbaycan tərəfinin İrəvan şəhərinin tarixi simasını bərpa etməsinə yardım təklifini qəbul etməyib.

Modern.az ermənilərin “News.am” agentliyinə istinadən bildirir ki, İrəvan meriyasının İnformasiya və İctimai Əlaqələr İdarəsinin rəhbəri Artur Qevorqyan rəsmi Bakının təklifini şərh edərkən “özümüzdə bütün lazımi layihələr, çertyojlar, sənəd və şəkillər var” deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov “REGNUM” agentliyinə müsahibəsində rəsmi Bakının İrəvana köməyini təklif etmişdi.

“Əgər həqiqətən İrəvan şəhərinin əvvəlki tarixi simasını bərpa etmək istəyirlərsə, biz lazımi xəritə, şəkillər və cizgiləri erməni tərəfinə verə bilərik”- ”-deyə F.Axundov bildirmişdi.

Ermənistanda “Qədim İrəvan” layihəsini gerçəkləşdirməyə hazırlaşırlar. Bu layihə çərçivəsində paytaxt mərkəzinin bir hissəsində tarixi görünüşün bərpa edilməsi planlaşdırılır. Məqsəd İrəvana turist axınını artırmaqdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!