Modern.az

Sabahın havası: 3-5° isti olacaq

Sabahın havası: 3-5° isti olacaq

12 Fevral 2012, 22:31

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində havaların əsasən yağmursuz keçəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda gecə 1-3° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. Abşeron yarımadasında isə havanın temperaturu gecə 0-3° şaxta, gündüz 2-5° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 775 millimetr civə sütunundan 771 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-55 faiz olacaq. Yollar buz bağlayacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı