Modern.az

İran Azərbaycana nota verdi

İran Azərbaycana nota verdi

12 Fevral 2012, 23:19

İranın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundovu idarəyə çağıraraq ona etiraz notası təqdim edib. Milaz.info portalı İranın Press TV kanalına istinadən bildirir ki, rəsmi Tehran Bakının İranın nüvə alimlərini qətlə yetirənləri Mossada təhvil vermək üçün sığınacaq verməsinə etirazını bildirib.

Bu gün baş tutan görüşdə İran XİN-in MDB və Qafqaz işləri üzrə dəftərxanasının baş direktoru Mossadın Azərbaycanda İrana qarşı məhdudiyyətsiz kəşfiyyat fəaliyyəti ilə məşğul olmasına kəskin etirazını bildirib. 

Nazirlik Cavanşir Axundovdan tələb edib ki, Azərbaycan hökuməti Mossadın Azərbaycan ərazisindən İrana qarşı əməliyyatlara istifadəsinə son versin. Notada qeyd olunur ki, İranın nüvə alimlərinin qətli ilə əlaqəli terrorçular İsrailə Azərbaycandan keçərək qaçıblar.

Press TV bildirir ki, Azərbaycanın səfiri baş verən hadisələrə görə təəssüfünü bildirib və qeyd edib ki, Tehranın etirazları qısa müddət ərzində Bakıya çatdırılacaq və İran XİN-inə cavab veriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir