Modern.az

Jalə Əliyeva Azərbaycan müxalifətinə: “Yumşaq desək, bu, qərəzin nəticəsidir”

Jalə Əliyeva Azərbaycan müxalifətinə: “Yumşaq desək, bu, qərəzin nəticəsidir”

13 Fevral 2012, 11:47

Millət vəkili, professor Jalə Əliyeva Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində ona ünvanlanan təxribatçı sualın (Azərbaycanın Misirə bənzədilməsi ilə bağlı ) Azərbaycanda bəzi siiyasi dairələrdə hələ də müzakirə olunmasına münasibət sərgiləyib. Deputat deyib ki, İlham Əliyevin suala aydın cavabı həm də təxribatçı qüvvələrə layiqli mesaj sayıla bilər: “Azərbaycanı ərəb ölkələri ilə müqayisə edənlər yanılırlar. Azərbaycan surətlə inkişaf edir, iqtisadi, sosial, siyasi, mədəni və digər sahələrdə uğurlarımız bir-birini əvəz edir. Regionda Azərbaycanın iştirakı olmadan hər hansı ciddi layihəni gerçəkləşdirmək mümkün deyil. Ölkəmizin artan uğurları fonunda insanlarımız da firavan həyat yaşayırlar. Bu baxımdan əhali arasında narazılıq əhval-ruhiyyəsinin olduğunu söyləmək, yumşaq desək, qərəzin nəticəsidir. Azərbaycan nə ərəb ölkəsidir, nə də ərəb ölkələrində baş verənlərlə ölkəmizin hər hansı formada bağlılığı var. Bu kimi suallar da təxribatçı xarakter daşıyır. Cənab Prezident İlham Əliyev çox düz vurğuladı ki, Azərbaycanda Misir ssenarisi arzulayanlar məqsədlərinə çatmayacaqlar. Bu, həm də təxribatçı dairələrə mesaj oldu ki, heç kim ölkəmizin daxili işinə qarışa bilməz və biz heç kimin diqtəsi ilə hərəkət etmirik”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi