Modern.az

Nazirlikdən hava şəraiti ilə bağlı yeni xəbərdarlıq

Nazirlikdən hava şəraiti ilə bağlı yeni xəbərdarlıq

13 Fevral 2012, 12:42

Modern.az saytı xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 13-dən 14-nə keçən gecə Bakıda və Abşeron yarımadasında  yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. 
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza gəlincə, son 2 həftə ərzində Azərbaycan ərazisi, o cümlədən Abşeron yarımadası Sibir antisiklonunun təsiri altında olduğundan insanlar yüksək atmosfer təzyiqinə uyğunlaşıblar. Lakin fevralın 14-dən 16-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi və normadan aşağı düşməsi nəticəsində meteohəssas insanlar üçün əlverişsiz şərait yaranacaq. Bununla yanaşı kəskin soyuqlardan sonra temperaturun tədricən yüksəlməsini müsbət amil kimi qiymətləndirmək olar. 

Azərbaycanın rayonlarında isə fevralın 14-də hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. 
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir. 
Yollar buz bağlayacaq.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir