Modern.az

Azərbaycanda iqtisadi ziyanı hesablamaq mümkündürmü?

Azərbaycanda iqtisadi ziyanı hesablamaq mümkündürmü?

13 Fevral 2012, 13:04

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri

Hər bir muharibə  insan təlafatı  ilə bərabər  böyük həcmdə iqtisadi ziyan, ekoloji fəlakət  deməkdir.  Təbii ki, Qarabağ münaqişəsi də 20 ildən artıq müddətdə Azərbaycana  bütün sahələrdə böyük itkilər gətirib.  Burada yalnız Azərbaycanın 20 faiz torpağının itkisindən, dinc insanların  qətlə yetirilməsindən,  bir milyondan artıq azərbaycanlının qaçqın düşməsindən  söhbət getmir. Faciənin miqyası və iqtisadi ziyanın nəticələri isə daha genişdir.

Təəccüblüdür ki, bu vaxta qədər bu iqtisadi ziyanın  beynəlxalq təcrübəyə uyğun hesablanması və qiymətləndirilməsi aparılmayıb. Ümumiyyətlə,  dünyada müharibələr,  başqa dövlətlərin ərazilərinə təcavüz  zamanı vurulan ziyanın hesablanması üzrə təcrübələr və işin icrası ilə bağlı metodologiyalar mövcuddur.

Məlum məsələdir ki, II dünya müharibəsindən bir çox  xalqlar əziyyət çəkiblər, hətta bəzi millətlər soyqırıma məruz qaldılar. Soyqırıma məruz qalan yəhudilər   müharibədən sonrakı dövrdə həm öz faciələrini dünyada  müxtəlif vasitələrlə tanıtdırmağa, həm də dəymiş ziyanı müəyyənləşdirərək Almaniya dövlətindən kompensasiya almağa nail olublar.

Təbii ki, heç bir pul vəsaiti vurulan itkiləri geri qaytarmır.. Lakin yəhudi xalqının bu düşünülmüş təbliğat işinin maddidən daha şox  mənəvi üstünlükləri oldu. Onlar öz  faciələrini dünyada tanıtdırmaq üçün bir çox vasitələrdən istifadə etdilər. Bunlardan biri  çox məşhur olan “Pianoçu” filmini çəkərək boyük bir  auditoriyaya təqdim etməyi bacardılar. Peşəkarcasına  çəkilən  belə  bədii film birbaşa  insan hisslərinə təsir etdərək  tamaşaçı rəğbəti qazandı. Bədii filmin çəkilməsi yəhudilərin kompleks şəkildə həyata keçirdikləri işin yalnız bir hissəsi idi. Demək olar ki, bu iş  hadisəyə çevrildi.

Ümumiyyətlə, dünyada müharibələr zamanı dəymiş  iqtisadi ziyanın öyrənilməsi və qiymətləndirilməsi ilə bağlı uğurlu  təcrübələr az deyil.  Bu gün biz həmin təcrübələrdən yararlanaraq Qarabağ münaqişəsi  nəticəsində dəymiş  iqtisadi ziyanın  necə hesablaması və ümumilikdə təbliğatla  bağlı işləri elə qurmalıyıq ki,  hadisəyə çevrilsin. Qeyri  peşəkar, haylı-küylü  təbliğat işlərinin faydası  o qədərdə olmur. Növbətçi, böğazdan yuxarı  vətənpərvərlik  hisslərindən əl çəkib  dünyanın başa düşüb  qəbul edəcəyi bir dildə, praqmatik düşüncəyə əsaslanaq bu işləri yerinə yetirmək zəruridir.  Bunun üçün kifayət qədər intellektual potensialı   və səmimi istəyi olan insanlar var. Yetər ki, bu işlərə start  verilsin.

Bu gün  bəzi  dostlarımız düşünür ki, Azərbaycan  torpaqları  işğal altında qaldıqca bu hesablamaları aparıb itkiləri müəyyən etmək mümkün deyil. Ancaq  iqtisadi ziyanla bağlı məlumatları toplamaq üçün yetərincə, mənbələr və informasiyalı  insanlar var. Sadəcə olaraq  işi  peşəkarlara tapşırmaq lazımdır.

İqtisadi ziyanla bağlı araşdırmanı və qiymətləndirməni həyata keçirərkən  bütün sahələrə əl atanda  hər şey yarımçıq qalar. Ona görə də hər bir işğal rayonunu ayrıca sistemli tədqiqata ehtiyacı var.  Bütün bu işlərləri həyata keçirmək üçün   beynəlxalq təcrübəyə uyğun metodologiya, konsepsiya və işin icra  planı  olmalıdır.  Əslində belə sənədlərin hazırlanması  o qədərdə qəliz məsələ deyil. İstənilən anda bunları etmək mümkündür.

Bu gün  ən  əsası odur ki, belə araşdırmanın və qiymətləndirmənin  aparılması  millət olaraq, dövlət olaraq bizə çox lazımdır.

Birincisi, sözçülükdən uzaqlaşıb praqmatik  prinsiplərlə hadisəyə yanaşaq  mükəmməl sənədlər ortalığa qoymaq mümkündür.

İkincisi,  aparılan tədqiqatları və qiymətləndirməni müxtəlif xarici dillərə tərcümə etdirib beynəlxalq təşkilatlara, geniş ictimaiyyətə təqdim etmək olar. Son nəticədə Ermənistana qarşı törətdiyi bu faciələrə görə beynəlxalq məhkəmələrdə  təkzibolunmaz faktlara əsaslandırılmış cinayət işinin qaldırılmasına nail olmaq mümkündür.

Üçüncüsü,  iqtisadi ziyanın nəticələrinə, yerli və xarici ekspertlərin imzaladığı qiymətləndirmələrə görə, Avropada mövcud olan beynəlxalq donor təşkilatlardan Azərbaycana kifayət qədər maliyyə vəsaitləri cəlb oluna bilər.

Nəhayət   gələcək nəsillər,  bu münaqişəyə  biganə münasibət göstərən və yaxud məlumatı olmayan  insanlar bir daha  bu sənədlərlə tanış olaraq biləcəklər ki,  bu münaqişə regiona hansı fəsadlar gətirib, ətraf aləmə nə qədər ziyan dəyib.

Bu gün  sivil Avropada  düşünürlər  hər şey insan üçündür və öz vətəndaşları üçün bu şəraiti yaradırlar. Axı muharibə zonalarında dağıdılan bu sərvətlərdə insan üçündür.

Dağlıq Qarabağda və işğal olunan ətraf rayonlarda vurulan istər maddi, istərsə də mənəvi ziyanı  təbii ki, tamamilə  hesablamaq mümkün deyil.  Təkrarçılıq olmasın  bunu deməliyəm, oradakı  tarixi abidələrin, qiymətli ağac növlərinin, insanların şəxsi mülkiyyətlərinin, yeraltı və yerüstü sərvətlərin, müxtəlif xarakterli kənd təsərrüfatı sahələrinin və s.  itirilməsi, ermənilər tərəfindən məhv edilməsi  və dünyanın bu vəhşiliklərə göz yumması daha dözüləsi deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır