Modern.az

Azərbaycan İslam Partiyası bəyanat verib

Azərbaycan İslam Partiyası bəyanat verib

13 Fevral 2012, 13:13

Azərbaycan İslam Partiyası bəyanat verib. Partiyanın mətbuat xidmətindən Modern.az-a daxil olan bəyanatda bildirilib.

“Düz iki il öncə fevral ayının 13-də bir qrup mömin insan bütün müsəlman dünyasında olduğu kimi, əziz Peyğəmbərimizin (s) rehləti və İmam Həsənin (ə) şəhadətilə əlaqədar əzadarlığa qoşulmaq qərarına gəldilər. “Hacı Sultanəli” məscidində əza mərasimini başa çatdıqdan sonra, Xocalı faciəsi öncəsi olduğunu nəzərə alıb, Vətən uğrunda canından keçmiş şəhidlərin və həmçinin Xocalı qurbanlarının ruhlarına dualar oxumaq üçün ″Şəhidlər xiyabanına″ yola düşdülər. Onlar Yasamal Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşlarının müşayiətilə Nərimanov heykəlinə çatar-çatmaz, Səbayel Rayon Çevik Polis Alayının əməkdaşları, daha doğrusu rəhbər orqanları ilə birlikdə tez bir zamanda ssenariləşdirilmiş “mancanağa” salındılar. Dinc insanların ziyərət məqsədilə hərəkətinə mane olmaq azmış kimi, polis  işçiləri möminləri hər vəchlə təxribata cəlb etməyə çalışmış, onlara qarşı misli görünməmiş vəhşiliklər törətmişlər. 
Bir sıra kütləvi informasiya vasitələrinin qeyd etdikləri video görüntülərdən hasil olunan nəticəyə görə, bu, dinc vətəndaşlara qarşı polisin 2010-cu ildə ən dəhşətli təcavüzü٫ vəhşiliyi idi. Və azad sayılan ölkənin vətəndaşlarına qarşı hüquq mühafizə orqanları əməkdaşlarının törətdikləri acınacaqlı münasibət nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti yetirmələri də azmış kimi, onların içərisindən məqsədli şəkildə əvvəlcədən seçilmiş, xüsusilə beş nəfər,  Elmar Səmədov, Elçin Abbasov, Bilal Əhmədov, Ağəli Yəhyayev və Seymur Hüseynov İslam Partiyasının funksioneri və sıravi üzvləri olduqlarına görə, təzyiq altında polis bölmələrinə aparılmış və sonradan onlara qarşı saxta ittihamlarla cinayət işi qaldırılmışdır. Nə istintaq dövründə٫ nə də məhkəmə zalında islamçılara qarşı  qaldırılan saxta ittihamlar sübut olunmuşdur. Buna baxmayaraq, təzyiq altında məhkəmə istintaqına cəlb olunan yalançı şahidlərin fikirləri əsasında günahsız vətəndaşlara ümumən Yasamal Rayon Məhkəməsi 21 il 8 ay iş kəsilmişdir.                                                                                           
Təkcə bu fakt sübut edir ki, Azərbaycanda istər fərqli düşünən, istərsə də sağlam əqidəyə bağlı olan insanlara nədənsə təhtükə mənbəyi kimi baxılır. Bundan başqa  günahsız insanların həbsi ölkədə müstəqil məhkəmə sisteminin olmamasından, ədalətsiz hökümlərin sifarişli olmasından xəbər verir.                                                                           
Biz saxta ittihamlarla həbs olunan, Konistitusiya hüquqları,  dini-etiqad və vicdan azadlıqları əllərindən alınan islamçiların azadliğa buraxılmasını tələb edirik.                              
Hesab edirik ki, hər bir vətəndaşın siyasi mənsubiyyətindən asılı olaraq, qeyri-qanuni təhdid olunması dövlətçiliyi sarsıdır, insanların dövlətə etimad kriteriyasına ciddi zərbələr vurur, ayrı-ayrı hüquq-mühafizə işçiləri insan azadlığını süni şəkildə məhdudlaşdırmağı ilə özünün qeyri səmimi “sədaqət”ini göstərməyə çalışır. Əslində belələri cəmiyyətdə təhlükəli tendensiyalar yaradır, ölkənin beynəlxalq imicinə ləkə gətirirlər”.      

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir