Modern.az

Prokuror korrupsiyaya görə həbs olundu

Prokuror korrupsiyaya görə həbs olundu

13 Fevral 2012, 14:37

Gürcüstan baş prokurorluğunun əməkdaşı cinayətdə təqsirləndirilən vətəndaşlardan pul almaqda təqsirli bilinir

Gürcüstanda korrupsiya ittihamı ilə prokuror Kaxa Tsnobiladze saxlanılıb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Tsnobiladze Gürcüstan Respublikası baş prokurorluğunun əməkdaşıdır. İstintaqdan verilən məlumata görə, o, hüquq firması təsis edərək müxtəlif cinayət işlərində təqsirləndirilən vətəndaşları (söhbət Tsnobiladzenin özünün apardığı işlərdən gedir) həmin firmaya yollayıb. Təqsirləndirilənlər hüquqi xidmətə görə formal ödənişlər edirmişlər. Prokuror Ədliyyə Nazirliyinin baş müfəttişliyinin nümayəndələri tərəfindən saxlanılıb. Digər bir məlumata görə, prokurorla yanaşı, vəkil Qoqa Qaçeçiladze də saxlanılıb.  Tsnobiladzenin öz günahını etiraf edib-etmədiyi açıqlanmır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir