Gürcüstan baş prokurorluğunun əməkdaşı cinayətdə təqsirləndirilən vətəndaşlardan pul almaqda təqsirli bilinir
Gürcüstanda korrupsiya ittihamı ilə prokuror Kaxa Tsnobiladze saxlanılıb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Tsnobiladze Gürcüstan Respublikası baş prokurorluğunun əməkdaşıdır. İstintaqdan verilən məlumata görə, o, hüquq firması təsis edərək müxtəlif cinayət işlərində təqsirləndirilən vətəndaşları (söhbət Tsnobiladzenin özünün apardığı işlərdən gedir) həmin firmaya yollayıb. Təqsirləndirilənlər hüquqi xidmətə görə formal ödənişlər edirmişlər. Prokuror Ədliyyə Nazirliyinin baş müfəttişliyinin nümayəndələri tərəfindən saxlanılıb. Digər bir məlumata görə, prokurorla yanaşı, vəkil Qoqa Qaçeçiladze də saxlanılıb. Tsnobiladzenin öz günahını etiraf edib-etmədiyi açıqlanmır.