Modern.az

Fransalı jurnalist Rusiyadan qovuldu

Fransalı jurnalist Rusiyadan qovuldu

13 Fevral 2012, 14:55

Anna Nivanın müxalifətlə əlaqəyə görə qəzəbə gəldiyi istisna olunmur

Rusiya hökuməti fransalı jurnalisti müxalifətlə əlaqədə ittiham edərək ölkədən çıxarıblar. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Fransadan olan yazıçı və jurnalist Anna Nivanı ötən həftənin sonunda miqrasiya xidmətinin əməkdaşları saxlayaraq polis bölməsinə gətiririb, burada 4 saat saxlayaraq viza rejimini pozduğunu bəyan ediblər. Bundan sonra ona Rusiya ərazisini tərk etmək üçün üç gün vaxt verilib və o, fevralın 12-də Moskvadan ölkəsinə qayıdıb.

Məlumatda qeyd edilir ki, Anna Niva Rusiya haqqında növbəti kitab yazmaq üçün müxtəlif adamlarla, eləcə də müxalifət nümayəndələri ilə görüşürmüş. O, “Liberation” qəzetinin Moskvadakı müxbiri, 2004-cü ildən isə “Le Point” jurnalının xüsusi müxbiri işləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi