Modern.az

Dəm qazı yenə 4 nəfərin ölümünə səbəb oldu

Dəm qazı yenə 4 nəfərin ölümünə səbəb oldu

Aktual

14 Fevral 2012, 12:11

Ötən gün ölkədə dəm qazından zəhərlənmə nəticəsində daha 4 nəfər ölüb.

Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, fevralın 13-də Binəqədi rayonu ərazisində yaşayan Anar Məmmədov və Xətai rayonu ərazisində yaşayan Şəhla Hüseynova öz mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Fevralın 13-də Sumqayıt şəhər sakinləri  Zeynəb Məmmədova,  Kamran Nəzərov və Abşeron rayon sakini Aynurə Süleymanova öz mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Eyni zamanda həmin gün Suraxanı rayonunda yaşayan Rüstəm Yumanqulov və Natalya Aydarova dəm qazından boğulublar. Dnyasını dəyişən bu şəxslərin ər-arvad olduğu bildirlir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir