Modern.az

“İnterfaks” agentliyinin baş redaktoru ölüb

 “İnterfaks” agentliyinin baş redaktoru ölüb

Aktual

15 Fevral 2012, 13:35

“İnterfaks” agentliyinin hərbi xəbərlər üzrə baş redaktoru Vitali Cibuti fevralın 15-nə keçən gecə dünyasını dəyişib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı jurnalistin ölümünün səbəbi açıqlanmır. Onun vaxtsız vəfatına ürək tutmasının səbəb olduğu da ehtimal edilir.

Cibuti agentliyin hərbi xəbərlər üzrə baş redaktoru vəzifəsində 2001-ci ildən çalışırdı. Bundan başqa, o, siyasi xəbərlər üzrə baş redaktor müavini də işləyib. Agentlikdən bildiriblər ki, Cibuti təkcə redaktor işləməyib, o həm də müxbir kimi faktiki olaraq post-sovet məkanındakı bütün qaynar nöqtələrdə olub. “İnterfaks” agentliyinə qədərsə SİTA-da (TASS) işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır