Modern.az

Ali məktəblərin magistraturalarına 13192 bakalavr ərizə verib

Ali məktəblərin magistraturalarına 13192 bakalavr ərizə verib

15 Fevral 2012, 14:48

Cari tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyələri üzrə müsabiqədə iştirak etmək üçün ərizə qəbulu davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, qaydalara uyğun olaraq bakalavrlar 2012-ci il fevralın 8-dən etibarən TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olur və şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur. 
Daha sonra bakalavrlar tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirirlər.

Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən “Elektron imza” sertifikatını əldə edən bakalavrlar həmin sertifikatlarından istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını Sənəd Qəbulu Komissiyasına müraciət etmədən özləri təsdiq edə bilərlər.

Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar. Bakalavrlar mobil telefonlardan 7725 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər.

Qeyd edək ki, 15 fevral 2012-ci il saat 12:30-a qədər 13192 bakalavr internetlə elektron ərizə doldurub, onlardan 10692 nəfəri SQK-da həmin ərizələrini təsdiqlədiblər.

Yalnız 1 bakalavr “Elektron imza”dan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını özü təsdiq edib.

Xatırladırıq ki, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını 2012-ci il fevralın 16-dək olan müddətdə doldura və ərizələrini 2012-ci il fevralın 17-dək saat 9-dan 17-dək olan müddətdə təsdiq etdirə biləcəklər.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az saytına açıqlamasında bakalvrların elektron ərizələrinin təsdiqlənməsi üçün hər il olduğu kimi vaxtın uzadılmasının hələ ki nəzərdə tutulmadığını qeyd edib. O eyni zamanda, I mərhələsi fevralın 26-da olacaq magistratura imtahanlarının II mərhələsinin iyunun 2-ci yarsında keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər