Modern.az

Aqil Abbasın oğlu polis rəisi təyin edilib

Aqil Abbasın oğlu polis rəisi təyin edilib

Aktual

16 Fevral 2012, 10:56

Bakının polis orqanlarında yeni təyinat olub.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Tuncay Abbasov Bakı Şəhər Baş Polis İdarəsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi təyin edilib. T. Abbasov bundan əvvəl Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin rəis müavini vəzifəsində çalışıb. 

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Fəqan Azadəliyev isə bir müddət əvvəl Yardımlı Rayon Polis Şöbəsinə rəis təyin edilib. 

Qeyd edək ki, T. Abbasov Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbasın oğludur. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?