Modern.az

Azərbaycanın 5 şəhərində təhlükəli radon qazının paylanması öyrəniləcək

Azərbaycanın 5 şəhərində təhlükəli radon qazının paylanması öyrəniləcək

24 Dekabr 2009, 17:36

Azərbaycanın 5 böyük şəhərində (Bakı, Sumqayıt, Gəncə, Şirvan və Mingəçevir) ilk dəfə olaraq həm ətraf mühitdə, həm də inzibati binalarda radon qazının paylanılması öyrəniləcək. Modern.az Geologiya İnstitutunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədqiqatlar Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti, Sloveniyanın Josef Stefan İnstitutu və AMEA Geologiya İnstitunun alimləri tərəfindən aparılacaq. Xatırladaq ki, radon qazı (Rn222) insan orqanizmi üçün çox təhlükəlidir. Layihənin rəhbəri Geologiya İnstitutunun “Geoloji mühitin qamma-spektrometriyası” şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Əliyevin dediyinə görə, bu qaz əsasən texnogen proseslərlə yayılmış radionuklidlərin parçalanması nəticəsində əmələ gəlir. Radon qazının digər başlıca mənbəyi tektonik çatlardır. Seysmoaktiv zona olan Azərbaycan ərazisində bu cür çatlar çoxdur. Belə çatlardan çıxan radon qazı əsasən binaların zirzəmilərində və birinci mərtəbələrində toplanır. Layihə İsveçrənin Milli Elm Fondu tərəfindən maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycan və Sloveniyada radon qazının kadastrını tərtib etmək, bu qazın törədə biləcəyi problemləri İsveçrənin təcrübəsi əsasında müəyyənləşdirmək və minimuma endirməkdir.

 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər