Modern.az

Dünya şöhrətli musiqiçilər Bakıya gəldi

Dünya şöhrətli musiqiçilər Bakıya gəldi

16 Fevral 2012, 16:19

TeliaSonera-nın dəstəyi ilə Finlandiyalı sənətçilər  Bakı Musiqi Akademiyasında master klass keçdi

Fevralın 9-15-də Finlandiyanın Savonlinna Konservatoriyasının professor heyəti Bakıda qonaq oldu. Onlar Bakı Musiqi Akademiyasının yuxarı kurs tələbələri üçün master klass keçirdilər.

TeliaSonera şirkətinin dəstəyi ilə baş tutan bu proqram çərçivəsində finlandiyalı sənətçilər Vokal, Orkestr və Simli alətlər üzrə ustad dərsləri deyəcəklər. Fevralın 15-də isə hər iki tərəfin sənətçilərinin iştirakı ilə Bakı Musiqi Akademiyasında Qala Konsert baş tutdu.

TeliaSonera şirkətinin təşəbbüsü ilə baş tutan bu proqram çərçivəsində Musiqi Akademiyasının ən istedadlı 8 tələbələri Savonlinna Konservatoriyasındakı uzunmüddətli Yay Məktəbi dərslərində də iştirak edəcəklər. Adətən bu cür tədris kurslarına dünyanın hər yerindən  istedadlı gənc musiqiçilər toplaşır. Yay məktəblərinin iştirakçıları həm öz aralarında təcrübə mübadiləsi aparır, həm də ustadlardan dərs alırlar.

Nüfuzlu Savonlinna Musiqi Akademiyasının əsası 1950-ci ildə - bu şəhərdə keçirilən Musiqi Günləri çərçivəsində qoyulub. Hazırda dünya üzrə tanınmış musiqiçilərin əksəriyyəti bu tədris ocağında təhsil alıblar. Dünyanın hər tərəfindən gənc musiqiçilər burda keçirilən ustad dərsləri, yay məktəblərinə toplaşırlar. Savonlinna hər il məşhur       Opera Festivalını da təşkil edir və bununla dünya musiqi aləminin diqqətini Finlandiyaya cəlb edir. Əksər hallarda bu akademiyanı Zalsburq Festivalı çərçivəsindəki Mozarteum ilə müqayisə edirlər.

Qonaqlar arasında tanınmış ustadlar - Ralf Gothóni (piano), Eija Tolpo (Opera),  Tom Krause, Matthias Veit, Marko Ylönen (violençel), Tuulia Ylönen, Matti Makkonen dərslərə rəhbrlik etmişlər. Finlandiyalı musiqi professorlarının nümayəndə heyətinə Savonlinna Konservatoriyasının Direktoru cənab Eero Rantala rəhbərlik etdi.

Qeyd edək ki, TeliaSonera Şirkətlər qrupu daxilində daim mədəniyyətin inkişafı və tanınmasına istiqamətlənmiş müxtəlif maraqlı layihələr həyata keçirilir ki,  Azercell də bu sahədə hər zaman ən nümunəvi şirkət kimi çıxış etmişdir.  Azercell indiyə kimi Azərbaycan mədəniyyətinin, xüsusilə də klassik musiqi janrında sənətçilərimizin dünyaya tanıdılması istiqamətində bir çox layihələr həyata keçirib. Bu sırada 2006-cı ildə dahi bəstəkar Qara Qarayevə məxsus royalın satın alınaraq bərpa edilməsi və onun Bakı Musiqi Akademiyasına hədiyyə olunmasını misal göstərmək olar. Akademiyanın akt zalını təmir etdirən Azercell Azərbaycan Dövlət Filarmoniyasında ölməz bəstəkarımız Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunmuş “Dahiləri anarkən” adlı konsertin də təşkilinə yardım göstərmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı