Modern.az

Magistraturaya ərizə qəbulu bu gecə başa çatır

Magistraturaya ərizə qəbulu bu gecə başa çatır

16 Fevral 2012, 18:21

2012-2013-cu il tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyələri üzrə müsabiqədə iştirak etmək üçün ərizə qəbulu bu gecə saat 24-00-da başa çatacaq. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

E.Nağızadə bildirib ki, 16 fevral 2012-ci il saat 17:00-ə qədər 16 000-dən yuxarı bakalavr internetlə elektron ərizə doldurub, onlardan 15 000-dən çoxu Sənəd Qəbulu Komissiyasında öz ərizələrini təsdiqləyiblər. Ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə  müsabiqədə iştrak etmək istəyən bakalavrlar bu gecə saat 24-00-dək öz ərizələrini doldura bilərlər.

Qaydalara uyğun olaraq bakalavrlar TQDK-nın müvafiq internet səhifəsinə   www.tqdk.gov.az/erizemagistr    daxil olur və şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur. Daha sonra bakalavrlar tələb olunan sənədləri müvafiq SQK təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirirlər.

Qeyd edək ki, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını 2012-ci il 16 fevral saat 24:00-dək müddətdə doldura və ərizələrini 2012-ci il fevralın 17-dək saat 9-dan 17-dək olan müddətdə təsdiq etdirə biləcəklər.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir